Aktyor Ben Afflekin böyük qardaşı Keysi Afflek 10 illik həyat yoldaşı Sammer Feniksdən ayrılıb. Cütlüyün ayrılma səbəbi bəlli deyil. Aktyor Keysiyə yaxın mənbə “Onlar dostcasına ayrılıblar”, - deyə açıqlama verib. Xatırladaq ki, Keysi ilə Sammer 200-ci ildə tanış olub, 2006-cı ildə ailə qurublar. 2004-cü ildə cütlüyün İndiana Avqust, 2007-ci ildə isə Attikus adlı oğulları dünyaya gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.