Rusiyanın məşhur repçisinin başı qanunla bəlaya düşüb.
AzNews.az-ın məlumatına görə, Krasnoyarskdakı gecə klublarından birində Dövlət Narkotiklərə Nəzarət İdarəsinin əməkdaşları daha çox “Quf” kimi tanınan reper Aleksey Dolmatov saxlayıb.
Polislər reyd zamanı həmin gecə klubunda qadağan olunmuş madələrdən istifadə etməkdə şübhəli bildiyi on nəfəri saxlayıb. Saxlanılanlar arasında “Quf” da olub.
Saxlanılan şəxslərin narkotikdən istifadə edib-etməməsi yalnız bir həftə sonra məlum olacaq. Ekspertiza aparılır.
Nəticələri müsbət olacaq şəxslər 5 min rubl məbləğində inzibati cərimə və ya 15 sutkalıq cəza alacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.