Aktyor Kənan İmirzalıoğlu ilə toy hazırlığında olan aktrisa Sinem Kobal gecələrdə görüntülənib. Aktrisa rəfiqəsinin evindən çıxarkən paparassilərin hədəfində olub. Sinem “Uzun müddətdir, görmədiyim rəfiqəm var idi. Onun ziyarətinə gəldim. Bu gecə qız gecəsi oldu və həsrətimizə son qoyduq”, - deyə açıqlama verib. Çəkildiyi seriallar reytinq qurbanı olduğu üçün ekranlardan uzaq qalan S.Kobal hələlik heç bir layihədə yer almayacağını deyib. Sinem toyuyla bağlı suallara isə cavab verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.