banner
banner

Sosİal

Azərbaycanın qar ehtiyatı azalıb

Azərbaycanın qar ehtiyatı azalıb

Bu il Azərbaycanda qar çox yağsa da, hazırda qar ehtiyatı keçən ilə nisbətən azdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə 4 istiqamət, 28 marşrut üzrə qar ölçmə işləri aparılıb.

Qar ölçmə işləri Böyük Qafqazda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba və Qusar rayonlarında, Kiçik Qafqazda isə Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində aparılıb.

A.Verdiyev deyib ki, aparılan müşahidələrə görə, ölkədə bu il qar ötən ilə nisbətən çox yağsa da, mart ayında dağlıq və dağətəyi rayonlarda havanın temperaturunun yüksəlməsi qarın əriməsinə və nəticə etibarilə qar örtüyünün azalmasına səbəb olub. Hazırda qar ehtiyatı ölkənin əsasən yüksək dağlıq ərazilərində qalıb ki, onlar da ölkədəki çaylarda gursululuğun yaranmasında rol oynayacaq.

Baş hidroloqun sözlərinə görə, respublikanın çaylarında adətən aprel, may, iyun aylarında gursululuq dövrü müşahidə edilir. Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı, Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də aparılan qar ölçmə işlərinin nəticələri əldə edildikdən sonra, aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Azərbaycan çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanacaq. Hazırda isə qar ölçmənin nəticələri ilə əlaqədar hesablama işləri aparılır.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirmişdi ki, Azərbaycanda sel təhlükəsi olan çaylar əsasən Böyük Qafqazın cənub yamacının çaylarıdır. Bu çaylar Kiş, Girdiman çayı və başqalarıdır: "Hər il olduğu kimi, bu il də həmin çaylarda sel təhlükəsi var. Əlbəttə, Kiçik Qafqazda da bəzi çaylar - Şəmkir, Ağstafa çaylarında, eləcə də Lənkəran-Talış zonasındakı çaylarda təhlükə var. Amma həmin çaylarla bağlı proqnozlar elə də pis deyil".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.