Özcan Dənizlə Nurgül Yeşilçay illər sonra bir arada
Türkiyəli aktrisa Nurgül Yeşilçay və müğənni Özcan Dəniz illər sonra yenidən bir araya gələcək. "Asmalı Konak" serialında birlikdə çəkilən tanınmışlar yenə də kamera qarşısına keçəcək. Filmin rejissoru Şükrü Avşar açıqlamasında xəbəri təsdiqləyib: "Həm Nurgül, həm də Özcanla bir araya gəldik. Uzun müddətdir düşündüyüm bir layihə idi. Nəhayət, görüşüb, müqavilələri imzaladıq. Yaxın günlərdə filmin çəkilişlərinə başlayacağıq".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.