banner
banner

Sosİal

“Nissan”ını satmayan Rafiq

“Nissan”ını satmayan Rafiq
Yazar: Xuraman Hüseynzadə

Rafiq müəllimin necə yaşamasını yenicə təzələdiyi “Nissan” markalı avtomobilindən, yaxud əynindəki bahalı dublyonkadan yox, marketdə etdiyi alış-verişdən bilib qonşular. 150 qram şəkər tozu, 100 qram yağ, 150 qram pendir, 3-4 soğan və s... Marketin satıcısı Rafiq müəllimin yaxın qonşusuna gileylənib möhkəm: “Utanmır, inomarka sürür, elədiyi bazarlığa bax. Bezdirib bizi. 50 qram kolbasa artıq gələndə deyir çoxdu, kəsin bir az. Kəsirik, sata da bilmirik.”

***

Həyatımızı zəruri əşyalarsız təsəvvür edə bilmirik. Televizor, telefon, mebel, paltaryuyan maşın, avtomobil və sair. İstəsək də, istəməsək də, cansız əşyaların əsirinə çevrilirik . Ömür, gün keçir, biz isə aldıqca alırıq. Telefonun funksiyası bəllidi. Ucuz telefonla da bu işi icra edə biləcəyimiz, yəni kimləsə danışacağımız halda bahalıya qaçırıq. “Filankəsin var, məndə niyə olmasın”, yaxud dəblə ayaqlaşmaq mərəzi kəsir qarşımızı. Xoşbəxtliyimizi əşyalarda görürük. Nəyisə alırıq və özümüzü xoşbəxt hiss edirik. Sonra da deyirik ki, xoşbəxtlik nisbi anlayışdı, müəyyən məqamlarda xoşbəxt olur insan...

Robin Şarmanın “Ferrarisini satan rahib”ində Julian Mantle təyyarəsini, “Ferrari”sini, şəxsi adasını və digər varidatını satıb xoşbəxtliyinin ardınca Himalay dağlarına gedir. Sivana müdrikləri kimi əşyalardan azad olmaqla xoşbəxtliyə qovuşmaq yolunu seçir.

Uzunömürlü Sivana müdriklərinin beş yüz il xoşbəxt yaşamaq sirri əslində çox sadədir. Məsələn, deyirlər ki, ən çox nə etməyi sevdiyini aşkar elə, sonra isə bütün enerjini həmin işlə məşğul olnağa yönəlt. Əgər sən dünyanın ən xoşbəxt, ən sağlam adamlarının həyatını tədqiq etsən görərsən ki, onlar həyatdakı ən sevimli məşğuliyyətlərini tapıb onunla məşğul olublar. Bu çağırış hamıya yarayar. Sən bütün əqli gücünü və enerjini sevdiyin işə cəmləşdirirsən və bu zaman sənin arzuların çox asanlıqla həyata keçir.

Yəni kiminsə gözünə xoş görünmək kimi ağır yükdən xilas olub öz həyatını yaşayırsan.

Füzuli də dünyavi-mafihadan xilas olmaqla xoşbəxtliyin mümkünlüyünə inanırdı:

Öylə üryan gərək avareyi-səhrayi-cünun

Ki, təəllüq tikəni tutmaya qəta ətəgin.

***

Bu qədər problemin, qayğının içində Sivana, yaxud Nirvana müdrikləri sayəsində xoşbəxt olacağımızı təsəvvür etmək belə, gülüncdü. Müasir insan pulun gətirdiyi xoşbəxtliyə inanır. Pulun varsa, xoşbəxtsən! Bədbəxt olsan belə, zahirin xoşbəxtliyi imitasiya etməlidi.

***

Rafiq müəllimi o günə qoyan əslində cəmiyyət özüdü. Və Rafiq müəllim tək deyil-çoxdu o cür ikili həyat yaşayanlar. Hər kəs öz problemi ilə maraqlansa, öz şəxsi həyatını yaşasa yerdə qalanlar da xilas olar “filankəs nə deyər” düşüncəsindən...

Qafqazinfo 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Anormal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.