Kələm ailəsi - insan sağlamlığı üçün çox faydalı tərəvəzlərdəndir. Bu bitkilər tərkibində olan zəngin vitaminlər və minerallar sayəsində insan bədənini toksinlərdən təmizləyər, xərçəng riskini azaldar və bədənə çoxlu minerallar və liflər daxil edər. Kələm ailəsindən olan gül kələm - çox faydalı və salatlarda, yeməklərdə istifadə olunan tərəvəz növündəndir. Adətən bu bitkinin ağ hissəsindən istifadə edirlər. Ancaq tədqiqatlar göstərir ki, gül kələmin yaşıl yarpaqları da sağlamlıq üçün çox xeyirlidir. Belə ki, mütəxəssislərin nəzərinə görə, bu yarpaqlar kalsium deposudur və 100qr. kələm yarpağında 600milliqr kalsium mövcuddur. Gül kələmin 50qr. yarpağında 20milliqr dəmir vardır ki, insanın gündəlik ehtiyaclarından çoxunu belə təmin edə bilər. Çünki insanın dəmirə olan gündəlik ehtiyacı 15milliqr-dır. Gül kələmin yarpaqlarında protein və amin turşuları mövcuddur. Hər 100qr. yarpaqda 20milliqr protein vardır. Yarım stəkan gül kələmi yarpağında C vitamininə olan gündəlik ehtiyacın yarısını təmin etmək olar. Ona görə də gül kələmin özündən istifadə etdiyiniz kimi, yarpaqlarından da faydalanın.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.