banner
banner

Sosİal

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

CİA.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gündüz mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-15, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Oktyabrın 03-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 03-05-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

CİA.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.