banner
banner

Hərbİ

Azərbaycan ordusunun şəhid olan zabiti dəfn edilib

Azərbaycan ordusunun şəhid olan zabiti dəfn edilib
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn olunub.
Qalib Laim oğlu Zülfüqarlı Lənkəran rayonunun Vilvan kənd qəbiristanlığında torpağa tapşırılıb. 
Xatırladaq ki, martın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən Azərbyacan Silahlı Qüvvələrinin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. 
Düşmənlə baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.