Pakistan günü dəhşətli xəbər ilə açıb. ANS PRESS-in məlumatına görə, Taliban yüzlərlə tələbə və müəllimi girov götürüb. Hadisə Peşavar şəhəridə baş verib. Hücumu Talibanın "Tahrik-i Taliban Pakistan" adlı qolu üzərinə götürüb.
Silahlı şəxslər hərbi məktəbə hücum ediblər. İddialara görə, üzərində bomba olan 3 Taliban döyüşcüsü məktəbə daxil olaraq atəş açmağa başlayıblar.
Onlar yüzlərlə tələbə və müəllimi girov alıblar. İlkin məlumata görə, silahlı basqın nəticəsində azı 3 tələbə ölüb, 28 nəfər isə yaralanıb.
Hadisə yerinə çox sayda polis cəlb edilib. Məktəb mühasirəyə alınıb. Pakistan ordusu xilasetmə əməliyyatına başlayıb. Tələbələrin əksəriyyəti arxa qapıdan təhlükəsiz şəkildə çıxarılıb.
Basqın zamanı məktəbdə 500-dən çox tələbə və müəllim olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.