Müğənni Murad Boz Etilərdəki salonundan çıxarkən görüntülənib. İfaçı aktrisa sevgilisi Aslı Enverin “Kış güneşi” serialında çəkiləcəyi haqda yayılan iddialarla bağlı danışıb. Murad yazılan xəbərlərin yalan olduğunu bildirib: “Elə bir şey yoxdur. Mən köməkçi aktyor kimi çəkilərəm dedim, söhbət görün hara çəkildi. Seriala çəkilənlərin işi çox çətindir. Heç boş vaxtları olmur. Hər gün çəkiliş meydançasındadırlar. Müğənnilik isə çox asan işdir”.
Yeni saç düzümü ilə diqqət çəkən Murad Boz “Aslı bu imicinizi bəyənəcək” sualını belə cavablandırıb:
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.