PKK yaraqlıları Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İspir rayonu üzrə rəhbəri Salih Zeki Çetinkayanı qaçırıblar.
Azvision.az bildirir ki, bunu partiyanın Ərzurum bölgə rəhbəri Fatih Yeşilyurt deyib.
Onun sözlərinə görə, Çetinkaya, qardaşı Şahin Çetinkaya və başqa bir adamla Ərzurumdan Şanlıurfaya getdiyi zaman avtomobili yolda terrorçular tərəfindən saxlanılıb: "Avtomobili saxlayan PKK-çılar şəxsiyyət vəsiqələrini yoxlamağa başlayıblar. Yoxlama zamanı onun AKP vəsiqəsi əlindən alınıb. "Hansınız sədrsiz" deyə sual veriblər. Salih Zeki də vəsiqənin ona aid olduğunu deyib. Onun gözlərini bağlayıb aparıblar".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.