banner
banner

Dünya

Əminə Ərdoğan ABŞ-da suriyalı qaçqınlardan danışdı

Əminə Ərdoğan ABŞ-da suriyalı qaçqınlardan danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ-da Suriya ilə bağlı keçrilən bir tədbirdə iştirak edib.
Avropa.info xəbər verir ki, ABŞ  tarixinin ən önəmli ismlərindən olan  Malcolm X -nın qızı  yazar-sosyal aktivist İlyasah Şabazın aparıcılıq etdiyi tədbirdə Əminə Ərdoğan çıxış edib.
Xanım Ərdoğan Türkiyənin suriyalı qaçqınlara verdiyi dəstəkdən danışıb.
"Suriyada  beş ildə təxminən yarım milyon günahsız  insan öldü, 6.5 milyondan çox insan qaçqın düşdü. Lakin dünya siyasətini, qaçqınlara qapıları bağlamaq üzərində qurdu. Aralıq dənizi sahillərində ölənlər  suriyalı olduğu üçün müasir dünyanın, insan və qadın hüquqları təşkilatlarının diqqətini  çəkmədi. Belə bir mühitdə 3 milyon  suriyalıya heç tərəddüd etmədən qapılarını açan ölkəmlə qürur hissi keçirirəm. Hazırda  Suriyadakı daxili döyüşdən qaçaraq həyatlarını qurtarmağa çalışan insanların az qala yarısı bizim ölkəmizdə qonaqdır", -deyə xanım Ərdoğan qeyd edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.