|
Topaz Premyer Liqanın 27-ci turunda Neftçi"yə qarşı matçda zədə səbəbindən meydanı tərk edən Bakının "İnter" klubunun kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib. Qol.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var. Əvvəlki zədəsini yeniləyən N.Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana gedib. Onun təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur. Cia.az
|


