İŞİD-in Şənqal valisi koalissiya qüvvələrinə məxsus bombardmançı təyyarələrin hücumu zamanı öldürülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan İsmət Rəcəb xəbər verib.
“Koalissiyaya aid hərbi təyyarələr tərəfindən İŞİD terror qruplaşmasının Şənqalda yerləşən bazalarına hücumlar təşkil edilib. Hücum zamanı qruplaşmanın vali olaraq qəbul etdiyi Əbu Ayşə adlı şəxs də məhv edilib” – deyə İ.Rəcəb bildirib.
Vali ilə yanaşı, onlarla İŞİD yaraqlıları da hücumun qurbanı olub. Xüsusilə Şənqal və Bəhacə bölgələrinə edilən hücumlar 2 saat davam edib.
İŞİD-ə məxsus maşın karvanları partladılaraq məhv edilib. Peşmərgə qüvvələri sözügedən maşın karvanında 100-dən çox İŞİD-çinin olduğunu vurğulayıb.
Qeyd edək ki, yezidi kürdlərin kompakt yaşadığı Şənqal, hazırda İŞİD terror qruplaşmasının nəzarəti altındadır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.