Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.
Ağ Evdə baş tutan görüşdə tərəflər İsrail-Fələstin münaqişəsinə dair müzakirələr aparıblar. Obama Netanyahuya bildirib ki, iki ölkə arasındakı status-kvo dəyişməlidir. Obama, həmçinin, Fələstinə edilən hücumlar barədə Netanyahuya iradını bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, İsrail təkcə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməklə qalmamalı, eyni zamanda, Fələstinli uşaqların öldürülməsinə də yol verməməlidir.
“İsrail vətəndaşlarının evlərində, uşaqların isə, məktəbdə özlərini təhlükəsiz hiss etmələri üçün status-kvonun dəyişdirilməsinə çalışmalıyıq. Həmçinin, Fələstinli uşaqların da öldürülməsi faciəsi ilə üzləşmək istəmirik”.
Netanyahu isə, öz növbəsində çıxışı zamanı İranın nüvə proqramı məsələsinə toxunub. Nazir qeyd edib ki, rəsmi Tehranın nüvə proqramına dair niyyətində əl çəkməməsi, və bununla belə, ona qarşı tədbiq olunan ağır sanksiyaların azaldılmasını tələb etməsi qəbuledilməzdir. Netanyahu Obamanın belə bir güzəştə gtməyəcəyinə ümid etdiyini də vurğulayıb.
Tərəflər arasında görüş İsrailin Fələstinin Qəzza zolağında Həmas qruplaşması üzvlərinə qarşı apardığı hərbi əməliyyatlardan sonra ilk olub.
50 günlük müharibədə 2100-dən çox fələstinli, 73 israilli ölmüşdü.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.