banner
banner

Dünya

BMT Pakistana başsağlığı verdi

BMT Pakistana başsağlığı verdi

Birləşmiş Millətlər Təşilatının baş katibi Ban Ki Mun Pakistanda 141 nəfərin ölümü ilə nəticələnən terror hücumu ilə bağlı kədərini bildirib. Nyu Yorkda çıxışı zamanı Ban Ki Mun qeyd edib ki, Taliban silahlılarnın damarda qanı donduran bu hərəkətinə heç cür haqq qazandırmaq olmaz.

“Peşəvərdə törədilən bu hücumu şiddətlə qınayır, təndiq edirəm. Heç bir səbəb bu cür zorakılıq törətməyə əsas verə bilməz. Bu hücumun bəhanəsi yoxdur. Hadisədən təsirlənən insanların, hökumətin kədərinə şərik oluram. BMT Pakistanda terrorimzə qarşı mübarizədə dəstək olmağa davam edəcək. Hökumət dəhşətli cinayətə görə məsuliyyət daşıyan şəxsləri ədalət qarşısına çıxarmaq üçün əlindən gələni etməlidir”.

Bu il Nobel süılh mükafatına layiq görülən pakistanlı yeniyetmə Məlalə Yusifzay hadisə qarşısında dərin kədərə qapıldığını deyib.

Yusəfzay özü 2012-ci ildə məktəbə təhsil almaq getmək istədiyi üçün Taliban silahlılarının hücumuna məruz qalmış və başından güllə yarası almışdı.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.