“Səhərə qədər atəş davam edib” - Quzanlı bələdiyyə sədri
“Ermənilərin cəbhənin Ağdam rayonu istiqamətindəki təxribatının qarşısı alınıb”.
Cia.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon Quzanlı qəsəbə bələdiyyəsinin sədri Mehdi Məmmədov məlumat verib.
Bələdiyyə sədri bildirib ki, ötən axşam ermənilər Ağdamın təmas xəttinə yaxın kəndlərini ağır artilleriya qurğularından atəşə tutub: "Bu gün səhərə qədər atəş davam edib. Ermənilər Baharlı və Xındırıstan qəsəbələrini atəşə tutub. Baharlıya bir mərmi düşüb, xoşbəxtlikdən itki olmayıb. Səhər saatlarında düşmən cavab atəşi ilə susdurulub. Hazırda Ağdam ərazisində vəziyyət tam sabitdir və nəzarətdədir. Atışma dayanıb, əhali öz evlərindədir".
Ağdam kəndlərinin boşaldılması məsələsinə münasibət bildirən M.Məmmədov deyib ki, bu, tamamilə yanlış məlumatdır: "Heç bir Ağdam sakini evini boşaltmayıb. Hamı öz evində, öz işindədir".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.