banner
banner

Hərbİ

Ordumuzun ələ keçirdiyi yüksəkliklərdən - Video

Ordumuzun ələ keçirdiyi yüksəkliklərdən - Video

Rusiya saytları sosial şəbəkələrin Azərbaycan seqmentindən götürülən və silahlı qüvvələrimizin bu gün Qarabağda ələ keçirdiyi yüksəkliklərdəki vəziyyəti əks etdirən ilk görüntüləri yayıb.

Cia.az virtualaz.org istinadən xəbər verir ki, görüntülərə əsasən Azərbaycan ordusunun nəzarətinə keçən yüksəkliklərdən birinə böyük sayda hərbi texnika və canlı qüvvə cəmləşdirilib. Ordumuz ələ keçirilən mövqeləri möhkəmləndirir və düşmənin mümkün əks-hücumunun qarşısını almaq üçün əlavə qüvvələr, o cümlədən tanklar cəmləşdirir.

Habelə rusdialog.ru saytı bugünkü döyüşlərdən sonra təmas xəttində vəziyyətin Azərbaycan silahlı qüvvələrin xeyrinə necə dəyişdiyini əks etdirən xəritə yayıb. Xəritədə Azərbaycan ordusunun nəzarətində olan ərazilərin necə genişləndiyi əksini tapıb.

 

 

Ordumuzun ələ keçirdiyi yüksəkliklərdən  -  Video

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.