Atəş xəttindən son xəbər - İcra başçılarından açıqlama
Cəbhə xəttindəki rayonlarda həyat normal şəkildə davam edir.
Ağdam və Tərtər rayonlarının icra başçıları “Qafqazinfo”ya açıqlamasında belə deyiblər.
Ağdamın İcra başçısı Raqub Məmmədov bildirib ki, dünən müəyyən mülki obyektlərə zərər dəysə də, bu gün rayonda tam sakitlik hökm sürür: “Bildiyimiz kimi, dünən Ağdamda bir ev, məktəb binası dağılmışdı. İnsan tələfatı yoxdur. Bu gün isə sakitlikdir, şəhərdə hər hansı bir gərginlik yoxdur. Qadınlar və uşaqlar da öz evlərindədir. Demək olar ki, əhali tam öz yerindədir”.
Tərtərin icra başçısı Müstəqim Məmmədov də hazırda rayon ərazisində sakitlik olduğunu, hər hansi bir panikanın yaranmaması gərəkdiyini söyləyib: “Rayonda həyat normal şəkildə davam edir, Tərtərdə artıq sakitlikdi. Axşamdan bir-iki cəbhə xəttində problem var idi, ancaq tez aradan qaldırıldı. Əhali adi həyatına davam edir, müəssisələr işləyir. Yayılmış panikalara uymaq lazım deyil. Qadınlarla uşaqlar da rayondadır, məktəb, dövlət və qeyri-dövlət müəssisələri hazırda normal şəkildə fəaliyyət göstərir”.
Füzuli rayonunun icra başçısı Alı Alıyev isə şəhid dəfnində olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.