banner
banner

Hərbİ

Erməni tərəfi itkilərini etiraf etdi: 27 ölü, 72 yaralı

Erməni tərəfi itkilərini etiraf etdi:
Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 nəfərin öldüyünü, 72 nəfərin yaralandığını, 26 nəfərin itkin düşdüyünü təsdiq ediblər. Bu barədə Trend "News.am" saytına istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, erməni tərəfi döyüş zamanı 7 tankını da itirib.
RİA Novosti isə yazır ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində münaqişə zonasında 7 könüllünün öldüyü barədə məlumat verib.
Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovannisyan deyib ki, Azərbaycanın döyüş tipli pilotsuz uçuş aparatı aprelin 4-ü axşam saatlarında erməni könüllülərin olduğu avtobusa zərbə endirib, nəticədə yeddi nəfər ölüb.
Daha öncə döyüş tipli pilotsuz uçuş aparatın zərbəsi nəticəsində 5 nəfərin öldüyü bildirilirdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.