banner
banner

Gündəm

Ermənilərin Əsgərandan qaçış - Videosu

Ermənilərin Əsgərandan qaçış - Videosu

Əsgəran rayonunda yaşayan ermənilərlə polis qüvvələri arasında toqquşma baş verib, mülki şəxslər arasında xeyli sayda yaralıların olduğu bildirilir.

Cia.az Lent.az-a istinadə xəbər verir ki, bu barədə məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb. Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib.

O da bildirilir ki, hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və camaata rayonu tərk eləməyə icazə verilmir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.