“Yuxudan durub instaqrama qaçırsız, izlədiyiniz adama xoş olmayan tikanlı atmacalar atırsız. Əlinizə nə keçir? Ermənilər bizim burada qırğınlarımıza baxırlar, bəlkə də gülməkdən ölürlər. Allah hamını bilir, ürəklərinə görə verir. Bu qurdluluqdan əl çəkin. Biri yazır ki, qazandığınız pulları əsgərlərə verin, digəri isə onlara ucuz siqaret aldığıma görə tənqid edir. Başqaları isə səngərə getmə səbəbimin reklam olduğunu bildirir.
Ay savadsız insan, mən reklam edirəm? Reklam etdiyimi harda görmüsən? Sən də qeyrətə gəl, bir siqaret alıb həmin ərazilərə get. Yanımda top atıldı, tank gördüm, daha sonra sizin yazılara fikir verdim. Yolda 180-lə sürərərək qadın və uşağa yol verməyənləri görəndə... Kim olursan ol, amma insan ol. Allah köməyimiz olsun”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.