“One Direction” qrupun keçmiş üzvü Zayn Malik yeni fotosessiyası ilə gündəmə gəlib.
İfaçı sevgilisi Gigi Hadid ilə fotokamera qarşısına keçib.
Sənətçi model sevgilisi ilə ABŞ-ın “Vogue” jurnalının siması olublar.
Qeyd edək ki, Zayn Malik nişanlısı “Little Mix” qrupunun üzvü Perrie Edwardsdan ayrıldığını elan etdikdən sonra Hadidlə sevgili olduğunu açıqlamışdı.(qafqazinfo)
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.