Emma həyat yoldaşı ilə gecə gəzintisində - FOTOLAR
Müğənni Emma Ələkbərzadə həyat yoldaşı ilə gecə gəzintisinə çıxıb.
Axşam.az-ın məlumatına görə, ifaçı gəzintidən fotolarını sosial şəbəkədə paylaşıb.
E.Ələkbərzadə əməkdaşımızla söhbətində 2015-ci il arzularını dilə gətirib:
“Bu il bir çox yeni mahnımı oxuyub təqdim edə bilmədim. Tənbəlliyimin ucbatından işlərim qaldı. 2015-ci ildə yeni layihələrimlə tamaşaçı qarşısına çıxacam. Son günlər efirlərdə tez-tez oluram. Əvvəl ona da tənbəllik edirdim, indi düzəlmişəm. Qarşıdan gələn ildə ən böyük arzularımdan biri də ana olmaqdır. Allah qismət edərsə, olacam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.