banner
banner

Hərbİ

Şəhidlərimiz torpağa tapşırılır

Şəhidlərimiz torpağa tapşırılır
Ermənilərlə döyüşdə şəhid olan əsgər, 1997-ci il təvəllüdlü Əlizaman Fərrux oğlu İslamov aprelin 6-da doğulduğu Lənkəran rayonunun Cilkənd kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.  Şəhidin tabutuna çəkilən Azərbaycan bayrağı dayısına təqdim olunub. 
Yaylım atəşi açılıb, şəhid əsgər torpağa tapşırılıb.
Düşmənlə döyüş zamanı şəhid olan polkovnik Vüqar Yusifov isə doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində torpağa tapşırılıb.40 yaşlı polkovnik Vüqar Yusifovun dəfn mərasiminə toplaşanlar zabitin keçdiyi ömür yolundan, orduya bağlılığından söz açıblar.
Mərasimdə tabuta çəkilən Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Daha sonra dövlət himninin sədaları altında yaylım atəşi açılıb və şəhid zabitimiz torpağa tapşırılıb.
Vüqar Yusifov 3 uşaq atası olub.
Şəhid olan zabit, 1992-ci il təvəllüdlü Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunda dəfn edilib.
Şəhid Sahil Şirinov Qəbələ rayonunun Bum qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid leytenant Sahil Şirinov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub.
S.Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
Aprelin 6-da Bakıda izdihamlı anım yürüşü keçirilib. Minlərlə insan şəhidlərimizin xatirəsini yad etmək üçün bir araya toplaşıblar. Şəhidlər Xiyabanına axın edənlər şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, əsgərlərə dəstək şüarları səsləndiriblər.
 
 
Musavat.com-un məlumatına görə, yürüşün keçirilməsi üçün bir neçə gün əvvəl facebookda “event” yaradılıb. “Event” Milliyyətçi Gənclər Təşkilatı tərəfindən yaradılıb və hər kəsin bu yürüşdə iştirak etməsi üçün çağırışlar edilib. “Gün Milli Birlik günüdür” adı ilə başladılan yürüşə qatılanların sayı təxminən 4 min nəfərə yaxın olub.
 
“Elmlər Akademiyası” metro stansiyasından Şəhidlər Xiyabanına piyada hərəkət edən gənclər xiyabanın qarşısında bir araya toplaşıblar. Anım yürüşünə tələbələr, yaşlılar və uşaqlar da qatılıb. Yoldan keçən insanlar da yürüş iştirakçılarına dəstəklərini bildirərək onlara qoşulub.
Əvvəlcə şəhidlər Xiyabanındakı şəhidlərin, aprel ayının əvvəlindən cəbhədə baş verən hadisələrdə şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Şəhidlər Xiyabanındakı “Əbədi məşəl”in qarşısında toplaşan insanlar dövlət himnini səsləndiriblər.
 

“Qarabağ bizimdir, bizim olacaq”, “Ən böyük əsgər bizim əsgər”, “Vur, qır səngəri, Azərbaycan əsgəri”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndirən yürüş iştirakçıları daha sonra Şəhidlər Xiyabanından “Elmlər Akademiyası” metro stansiyasının qarşısına qədər aksiyanı davam etdiriblər.


 
Aksiya keçirilən ərazidə avtomobil yolunda bir müddət hərəkət məhdudlaşıb. Aksiya polis əməkdaşlarının nəzarəti ilə həyata keçirilib.
 
“Elmlər Akademiyası”nın qarşısında aksiya iştirakçıları dağılışıblar. Yürüş zamanı heç bir insident baş verməyib.
Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.