İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova son günlər cəbhə bölgəsində düşmən təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş polkovnik leytenant Orucov Raqub Cahangir oğlunun və gizir Məmmədov Murad Vaqif oğlunun Sumqayıt şəhərində yaşayan ailələrinə baş çəkib.
Cia.az Ombudsmanın mətbuat xidmətinə istinadən bildirir ki, Müvəkkil onların döyüşlərdə göstərdikləri şücaəti və vətənpərvərliklərini yüksək qiymətləndirərək, Şəhidlərin yaxınlarına baş sağlığı vermiş, Allahdan onlara səbir diləmiş və şəhidləri qisasının yaxın zamanlarda layiqincə alınacağına, mənfur düşmənlərin zəbt olunmuş torpaqlarımızdan təmizlənəcəyinə ümid etdiyini bildirib.
Şəhidlərin ailə üzvləri və yaxınları əzizlərinin Şəhidlik zirvəsinə yüksəlmələri ilə fəxr etdiklərini və Vətən sağ olsun söyləyərək onlara göstərilən qayğıya, diqqətə və şəhidlərin ruhuna göstərilən yüksək hörmətə görə başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər. Bu görüşlərdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.