banner
banner

Hərbİ

"Bu, ermənilərin növbəti dezinformasiyasıdır" - Müdafiə Nazirliyi

"Bu, ermənilərin növbəti dezinformasiyasıdır" -

Ermənistan tərəfi atəşkəsin Azərbaycan hərbçiləri tərəfindən pozulması barədə yalan məlumatlar yaymaqda davam edir.
Erməni KİV-i iddia edir ki, aprelin 5-də təmas xəttində Azərbaycanla Ermənistan arasında əldə edilən qarşılıqlı razılıq əsasında təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə qərar veriləndən sonra guya Azərbaycan tərəfi bu razılaşmaya əməl etmir. Erməni mətbuatı iddia edir ki, guya Azərbaycan tərəfi yenidən atəşkəsi pozmaqda davam edib.

Cia.az-ın məlumatına görə, Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən açıqlamada bildirilir ki, bu, ermənilərin yaydığı növbəti dezinformasiyadır: 
"Bildiririk ki, həmin gündən etibarən Azərbaycan tərəfi atəşkəsə ciddi əməl edir, razılaşmaya sadiq qalıb. Atəşkəs yenə də erməni hərbçiləri tərəfindən pozulur. Bu barədə Ermənistan Kütləvi İnformasiya Vastələrinin yaydığı məlumatlar isə həqiqəti əks etdirmir və dezinformasiyadan başqa bir şey deyil".

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.