banner
banner

Gündəm

Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu

Əkrəm Əylisliyə Bakını tərk etmək qadağan olundu

Yazıçı Əkrəm Əylislinin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.

Bu barədə virtualaz.org saytına Əkrəm Əylislinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Əkrəm Əylislinin barəsində istintaq orqanı tərəfindən başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib. Onun sözlərinə görə, istintaq dövründə yazıçı Bakı şəhərindən kənara çıxa bilməz.

Qeyd edək ki, Əkrəm Əylisinin barəsində cinayət işinin istintaqını Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsi aparır. Yazıçı barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Əkrəm Əylisli aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.