banner
banner

Hərbİ

Hərbi texnika dolu maşınımızın ələ keçirilməsi xəbərinə RƏSMİ CAVAB

Hərbi texnika dolu maşınımızın ələ keçirilməsi xəbərinə
Ötən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya hərbi texnika ilə dolu maşınının ələ keçirilməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, heç bir hərbi təhlükə mənbəyi olmayan, qeyri-döyüş nəqliyyat vasitəsinə qarşı xüsusi təyinatlıların cəlb edilməsi ilə əməliyyatın təşkil edilərək keçirilməsi yalnız Ermənistan Müdafiə Nazirliyinin ağlına gələ bilərdi. Hətta Ermənistanın hərbi nazirliyi bu barədə bütün dünyaya car çəkməkdən belə utanmayaraq bununla "fəxr" edir.
Hər kəsə məlumdur ki, bu tip nəqliyyat vasitəsi heç bir döyüş və müdafiə vasitəsi ilə təmin olunmadığından hərbi təhlükə mənbəyi ola bilməz.
Döyüş meydanında məğlubiyyətə uğrayan erməni hərbi rəhbərliyi müxtəlif əfsanələr və gülüş doğuracaq hadisələr uydurmaqla əhalisini sakitləşdirməklə rahatlıq tapmağa çalışır.
Sirr deyil ki, həqiqətən hərbi əməliyyatların gedişi zamanı hər iki tərəfdən müxtəlif növ texnikalar vurulub və ya sıradan çıxarılıb. Ehtimal etmək olar ki, aktiv döyüş toqquşmaları sona çatdıqdan sonra Ermənistan Müdafiə Nazirliyi öz aktivinə daha bir "xəyali qələbəni" əlavə etmək qərarına gəlib.
 
Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Azərbaycan ərazisində xüsusi əməliyyatın keçirilməsi barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu tip bəyanatın yayılması onların məsuliyyətsizliyinin, əldə olunan razılaşmalara saymazyana münasibətin bariz nümunəsidir və atəşkəs rejimini erməni tərəfinin pozmasının sübutudur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.