banner
banner

İdman

Dodo yenə zədələndi

Dodo yenə zədələndi

"Qəbələ"nin kapitanı Dodo yenidən zədələnib.

Bu barədə klubun meneceri Səbuhi Səfyarlı məlumat verib.

Onun sözlərinə görə, iki gün öncə məşq zamanı qasıq əzələsində ağrılar hiss edən 29 yaşlı yarımmüdafiəçi hazırlıq prosesini yarımçıq qoyub. Braziliyalı oyunçu ötən gün də məşqə qatılmayıb. S.Səfiyarlı "sambaçı"nın Azərbaycan Premyer Liqasının XXIX turunda "Sumqayıt"la səfər matçında çıxış etməyəcəyini açıqlayıb.

Dodo sonuncu oyununu XXVI turda "Qarabağ"a qarşı keçirib. Həmin görüşün uzatma dəqiqələrində o, zədələnərək, meydanı tərk edib və AZAL və "İnter"lə sonrakı görüşləri buraxıb.

Qeyd edək ki, "Qəbələ" "Sumqayıt"la oyuna "Bakı" klubunun təlim-məşq bazasında hazırlaşır. Aprelin 9-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 14:00-da başlanacaq.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.