Dünyaca məşhur italyan müğənni Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
Konsert aprelin 27-də Bakı Kristal Zalında baş tutacaq. Tədbirin ilk reklam çarxı sosial şəbəkədə yayılıb. E.Ramazotti azərbaycanlı tamaşaçılar üçün sevilən mahnılarını ifa edəcək.
Gecəyə biletlərin qiyməti 29 manatdan 500 manata kimidir. Biletlər martın 26-dan etibarən şəhərin kassalarında satılır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.