banner
banner

Gündəm

Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək

Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək

Vəziyyət pisləşsə, ATƏT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni xüsusi iclas keçirməyə hazırdır.

Bunu ATƏT-in baş katibi Lamberto Zanyer “RİA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, təşkilatın aprelin 4-də artıq xüsusi iclası keçirilib.

“Daimi Şura da hər həftə iclas keçirir və bütün məsələləri müzakirə edir. Dünən Daimi Şura Dağlıq Qarabağ məsələsini müzakirə edib. Növbəti həftə də bu məsələni yenə müzakirə edəcəyik”, - deyə L.Zanyer bildirib.

L. Zanyer qeyd edib ki, Daimi Şuranın Minsk Qrupu həmsədrlərinin iştirakı ilə yeni xüsusi iclası onlar regiondan qayıtdıqdan sonra baş tutacaq.

“Təbii ki, orada vəziyyət pisləşsə, biz xüsusi iclas keçirəcəyik. Lakin həmsədrlər geri qayıdanədək heç nə planlaşdırılmır”, - deyə o bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.