Cəbhədə vəziyyətin gərginləşməsi ilə birlik nümayiş etdirən Azərbaycan xalqı orduya dəstək məqsədilə ölkənin müxtəlif yerlərində dövlət atributlarından daha geniş istifadə etməyə başlayıb. Bayrağımızı xüsusilə iri ticarət mərkəzlərinin girişindən, eyvanlardan, avtomobillərin şüşələrindən, parklardakı hündür ağaclardan asılan görürük. Orduya dəstək məqsədilə təşkil edilən aksiyalarda insanlar mütləq surətdə bayraqla iştirak edirlər. Bu günlərdə milli atributumuza artan tələbatdan istifadə edən işbazlar üçrəngli bayrağın satış qiymətini bahalaşdırıb. Belə ki, əvvəllər ölçüsündən asılı olaraq 3-4 manata təklif edilən bayraqlar, 5-8 manata, 7-8 manat dəyərində olan bayraqlar 10-14 manata, nisbətən böyük ölçüdə olan və əvvəllər 20 manata təklif edilən bayraqlar isə hazırda 25 manata satılır. Cia.az modern.az-a istinadən xəbər verir ki, İqtisasiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bayrağın bahalaşması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət daxil olmadığını bildirib:
“Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bayraq satışını həyata keçirənlərə məsələyə həssaslıqla yanaşmalarını tövsiyə edir. Bayraqların daha çox alınması vətənpərvərlik hissinin daha da yüksəlməsindən xəbər verir”.
A.Əliyev bildirib ki, bayraq satışı ilə məşğul olanlar dövlət atributuna artan tələbatdan dolayı milli atributumuzu daha ucuz qiymətə təklif etsələr yaxşı olar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.