banner
banner

Hərbİ

Düşmənin itkiləri artır, daha 16 hərbçidən xəbər yoxdur

Düşmənin itkiləri artır, daha 16 hərbçidən xəbər yoxdur

Helsinki Vətəndaş Assambeyasının Vanadzor ofisi apelin 2-də başlyan və 4 gün davam edən hərbi əməliyyatlar zamanı Qarabağda Ermənistan silahlı qüvvələrinin 16 hərbçisinin hələ də itkin düşmüş hesab edildiyini açıqlayıb.

Bu haqda təşkilatın yaydığı bəyanatda deyilir.

Bundan əvvəl təmas xəttində cəsədlərin dəyişdirilməsi başa çatandan sonra Ermənistan Müdafiə Nazirliyi elan etdi ki, itkin düşmüş hesab edilən hərbçilərin 1-i istisna olmaqla qalanların taleyinə aydınlıq gətirilib. Lakin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi itkin düşmüş hərbçilərin ailələrindən, sosial şəbəkələrdən və KİV-lərdən, habelə rəsmi qaynaqlardan topladığı məlumatlar əsasında 16 hərbçinin taleyindən hələ də xəbər olmadığını bildirir.

Təşkilat bəyan edir ki, apelin 2-də başlayan döyüşlərdə itkin düşmüş hərbçilərin, habelə əsir götürüldüyü təxmin edilən şəxslərin taleyini aydınlaşdırmaq üçün informasiyaların cəmləşdirilməsini davam etdirir. Bəyanatda deyilir ki, hazırda bir çox hərbçilərin ailələri onların taleyindən xəbərsizdir və təşkilat 16 hərbçidən xəbər ala bilmək üçün Müdafiə Nazirliyinə sorğu göndərib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.