20 yaşında olan model Gigi Hadid formada qalmağının sirrini açıqlayıb . Model idmanı çox sevdiyini bildirib: "Makaronlu yeməklərdən xoşum gəlir. Bunun qarşılığında arıq qalmaq asan deyil. Nyu-Yorkda olduğum müddətdə məşqçim Rob Piela ilə birlikdə boks edirəm. Həyatım boyunca ancaq idman etdim və belə böyüdüm. Buna görə də mənim üçün idman zalına gedib, adi məşq etmək kifayət deyil. Boksu çox sevirəm. Onun vasitəsiylə özümü təkmilləşdirirəm, beynimi gerçəklərdən uzaqlaşdırıram. Buna görə də idman zalına ikinci evim deyə bilərəm. Mənim formada saxlayan bu qədər idman etməyimdir".
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.