Hollandiyada bu ilin ən yaxşı idmançısı müəyyənləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Hollandiya millisinin və "Bavariya"nın futbolçusu Aryen Robben ölkəsinin ən yaxşısı seçilib. Bununla da o, 27 ildən sonra bu ada layiq görülən ilk futbolçu olub.
Qeyd edək ki, 1987-ci ildə keçmiş futbolçu Ruda Qullita ən yaxşı idmançı seçilmişdi.
Xatırladaq ki, A.Robben bu il "Bavariya" ilə bundesliqanı və Almaniya kubokunu qazanıb. 30 yaşlı oyunçu Hollandiya millisi ilə "DÇ-2014"də üçüncü olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.