banner
banner

Şou

Əməkdar artistin səsi batdı

Əməkdar artistin səsi batdı

Əməkdar artist Ruhəngiz Allahverdiyeva səs tellərində problem olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni "Solo” verilişində buna görə iki dəfə əməliyyat edildiyini deyib:
“Bir dəfə Mirmövsüm Ağa ziyarətgahında dedim ki, kaş müğənni olmayaydım. Qoy Allahım səsimi əlimdən alsın. Səhəri səsim batdı, problemlər yarandı. İki dəfə Moskvada əməliyyat olundum. Ondan sonra bu hal mənə psixoloji təsir etdi. Hər oxuyanda qorxurdum ki, səsim batar. Sonra yavaş-yavaş onu unutdum”.
R.Allahverdiyeva yenicə sürücülüyə başlamasından da bəhs edib:
“Maşın sürməyi gecələr öyrənirəm. Kişi sürücülər pisdir, sağdan-soldan üstümə gəlirlər. Mən yeniyəm, təcrübəsizəm. Elə səhvə yol verirlər ki, adam dəhşətə gəlir. 6 aydır avtomobil idarə edirəm, xırda qəzalar olur. İlk maşın sürdüyüm gün rəfiqəmlə yola çıxdım, kiçik qəza baş verdi”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.