banner
banner

Hərbİ

Şəhidlərin məzarları fərqli olacaq

Şəhidlərin məzarları fərqli olacaq
Bununla bağlı artıq bir neçə təklif irəli sürülüb və Nazirlər Kabinetinə təqdim olunub.
 
Şəhidlərin məzarları digər məzarlardan fərqli olacaq. Harda dəfn olunmalarından asılı olmayaraq onların məzarlarında şəhid olduqlarını bildirən xüsusi əlamət olacaq.
 
Bununla bağlı artıq bir neçə təklif irəli sürülüb. Təkliflər Nazirlər Kabinetində müzakirə olunduqdan sonra qəbul olunacaq və bundan sonra bütün şəhidlərin məzarları seçiləcək.
 
Şəhidlərin məzarlarının fərqləndirilməsi üçün müxtəlif versiyalar və təkliflər də var. Onlardan biri Türkiyədə olduğu kimi şəhid məzarlarında ay-ulduzun həkk olunması və ya abidəsinin qoyulmasıdır.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.