“Media Consulting and Services”in (MC&S) media monitorinq qrupu 01-30 sentyabr 2014-cü il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Şirkətin media monitorinq qrupu Televiziya, çap və on-line media daxil olmaqla 160-dan çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 6 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (461 məlumat), banklar arasında Kapital Bank (275 məlumat), sığorta şirkətləri arasında AXA MBASK (101 məlumat), ali məktəblər arasında BDU (835 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (194 məlumat), Avtomobil markaları arasında Mercedes (120 məlumat) irəlidədir.
Qeyd edək ki, nəticələr şirkətimizin FB səhifəsində daha dolğun yerləşdirilib: https://www.facebook.com/MediaConsultingServices Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.