banner
banner

Hərbİ

BQXK azərbaycanlı hərbçinin meyitinin alınması barədə yenidən danışıqlara başladı

BQXK azərbaycanlı hərbçinin meyitinin alınması barədə yenidən danışıqlara başladı
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı gedən döyüşlərdə ermənilər tərəfindən öldürülən azərbaycanlı hərbçinin meyitinin alınması ilə bağlı yenidən danışıqlara başlayıb.
Bu barədə Trend-ə açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Qurum nümayəndəsi qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilir: "Baynəlxalq Qızıl Xaç Komitəsi hazırda münaqişə tərəfləri ilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı dialoqu davam etdirir. Həmin dialoq konfedensial olduğuna görə ictimaiyyətə açıqlanmır".
 
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi işğal olunmuş ərazidə bir azərbaycanlı hərbçinin meyitinin aşkar edilməsi barədə məlumat yaymışdı. Azərbaycan tərəfi BQXK-nın vasitəçiliyi ilə hərbçimizin meyitinin alınmasına çalışsa da, Ermənistan tərəfi son anda meyiti Azərbaycan tərəfə verməkdən imtina etmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.