Nigeriyada 54 hərbçi hökumətə qarşı çıxmaq iddiası edama məhkum edilib.
ANS PRESS-in məlumatına görə, edama məhkum edilən hərbçilər avqustun 4-də Boko-Haramın nəzarətində olan bölgələrdə əməliyyatlara rəhbərlik edən komandirlərə itaət etməməkdə, üsyan çıxarmaqda günahlandırılır.
Onlar bütün günahlandırılma idddialarını qəbul etməyəcəkləri halda, edam ediləcəklər. Bundan başqa, onlarına rasında Nigeriyanın şimal-qərbində Boko-haram qruplaşması ilə ordu arasında gedən qarşıdurmalardan yayınaraq qaçan və məlumat ötürməkdə şübhəli bilinən əsgərlər yer alır.
Qeyd edək ki, boko-haram qruplaşması son 5 ildə Nigeriyada müxtəlif terror aktları həyata keçirib. Onlar ölkənin bir sıra əyalərlərini hazırda öz nəzarətləri altında saxlayırlar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.