Ötən turun “Rəvan”la aprelin 15-də keçirilən ev qarşılaşmasından (2:0) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.
Komanda üzvləri bu gün baş tutan məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalarla davam etdirilib. Roman Qriqorçukun futbolçuları növbəti məşqini sabah, günün ikinci yarısında gerçəkləşdirəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Qəbələ” oyunu aprelin 23-ü, saat 16:30-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.