banner
banner

Hərbİ

Qarabağda erməni ordusunun indiyədək görünməyən kadrları - düşmən açıq hədəfdə (VİDEO)

Qarabağda erməni ordusunun indiyədək görünməyən kadrları -
Hər vəhclə yaranmış vəziyyəti vətəndaşlarına müsbət ampluada təqdim etmək istəyən Ermənistan hakimiyyəti, deyəsən, ön cəbhədən xəbərsizdir. 
 
Azərbaycan Silahlı Qüvvələrinin qarşısında düşmən ordusunun durumu həqiqətən acınacaqlıdır. Bölgə müxbiri və operatorumuz ötən gün yenidən cəbhənin Goranboy istiqamətində olublar. 
Qarşı tərəfin hərbçilərini lentə almağı bacaran Lider.tv-nin əməkdaşları bir çox maraqlı məqamları da üzə çıxarıblar.
Kadrlarda görünən bu insanlar qarşı tərəfin hərbçiləridir. Ordumuzun son əməliyyatları nəticəsində bütün strateji yüksəklikləri əldən verən erməni silahlı birləşmələri indi yeni mövqelər axtarışındadır.
Pərən-pərən düşən ermənilərin səngər qazmağa da hərbçiləri yoxdur. Qarşı tərəfdə işləyən mülki insanları açıq- aydın müşahidə etmək mümkündür. Ordumuzun mövqelərindən, demək olar ki, 90 dərəcə altda qərarlaşan ermənilərin bütün hərəkətləri nəzarətdə saxlanılır. İşğaldan azad olunan yüksəkliklər hesabına düşmənin nəzarətdə saxlanılması ilə bərabər, mütəmadi atəş altında qalan kəndlərimiz də təhlükədən çıxıb.
 
Erməni silahlı bölmələrindən fərqli olaraq Azərbaycan ordusu azad etdiyi ərazilərdə tam möhkəmlənib. Ön cəbhə olmasına baxmayaraq, hərbçilərimizin istirahət, yataq, yemək şəraiti, eləcə də maddi-texniki təhcizatı ən müasir standartlara cavab verir. Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətənə, millətə bağlılıq hissləri və qüruru qələbənin heç də uzaq olmadığından xəbər verir. 
 
 
 
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.