Aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Cia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 11-16, gündüz 24-29 dərəcə isti, dağlıq rayonlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.