banner
banner

Şou

Rihanna "Puma"nın yeni siması oldu

Rihanna "Puma"nın yeni siması oldu

Müğənni Rihanna "Puma" idman markası ilə uzun müddətli müqavilə bağlayıb.

Axşam.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, 26 yaşlı müğənni brendin məhsullarından gündəlik rejimdə istifadə edəcək.

Reklam çəkilişlərində Rihannayla yanaşı atlet Useyn Bolt, futbolçular Serxio Qarsiya, Mario Balotelli də çəkiləcək.

Milyon dollarlıq sözləşməyə əsasən barbadoslu müğənni "Puma"nın idman ayaqqabılarını reklam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.