ABŞ-ın beynəlxalq əlaqələr Şurası gələn il üçün baş verəcək müharibələrin proqnozunu verib.
CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Global Conflict Tracker" proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır.
Qeyd edək ki, Beynəlxalq əlaqələr Şurası (CFR) ABŞ və onun maraqlarına təsir edə biləcək hadisələri araşdırır.
Proqnozun verilməsi üçün təşkilat 2200-dən çox ictimai-siyasi xadim arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, 2015-ci ildə Qarabağ müharibəsi başlayacaq. Bundan başqa Asiyada Cənubi Çin dənizində silahlı qarşıdurma, Şimali Koreyada krizis, Hindistan və Pakistan münaqişəsi, Çin və Hindistan arasında münaqişə və Çində etnik qarşıdurmanın olacağı qeyd edilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.