|
İtaliyanin “İnter” klubu vitse-prezidenti Havyer Zanetti ilə ömürlük müqavilə imzalayıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Zanetti bildirib ki, o, həyatının bundan sonrakı hissəsini də “İnter”ə həsr edəcəyindən fəxr edir: “Mən burada həm özüm, həm də ailəm üçün gözəl günlər keçirmişəm. İndi “İnter”in gələcəyi haqda düşünürəm. Komandamızı yenidən Avropa futbolunun elitasına çıxarmaq üçün hamımız çalışmalıyıq”. Cia.az
|


