Bu gün başlayan peyvənd həftəsi aprelin 30-dək davam edəcək.
Səhiyyə naziri Oqtay Şirəliyev “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Əmrdə respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır.
Eyni zamanda, “İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların mayın 20-dək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, “İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların mayın 27-dək Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırıqları verilir.
Qeyd edək ki, ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq, Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Səhiyyə Nazirliyi Azərbaycan 2007-ci ildən bu tədbirə qoşulur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.