banner
banner

Hərbİ

Azərbaycan ordusu işğaldan azad edilmiş ərazilərdə möhkəmlənir - VİDEO, FOTO

Azərbaycan ordusu işğaldan azad edilmiş ərazilərdə möhkəmlənir -

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılması və atəşkəsin elan olunmasına baxmayaraq, ermənilər atəşkəsi pozmaqda davam edir.

Erməni tərəfi Azərbaycan ordusunun işğaldan azad etdiyi əraziləri də mütəmadi olaraq atəşə məruz qoyur.

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri əməliyyat şəraitini nəzərə alaraq, düşmənə cavab atəşi endirir. Həmçinin, Azərbaycan ordusu işğaldan azad olunan ərazilərə nəzarəti gücləndirib və Silahlı Qüvvələrin bölmələri həmin ərazilərdə möhkəmləndirmə işlərini həyata keçirirlər. (“Report”)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.